Messi ilə mübahisə edən Abidalın taleyi bilindi

“Barselona”da Lionel Messi ilə mübahisəsi yaranan klubun idman direktoru Erik Abidalın gələcək taleyi bəlli olub.

Komanda.az xəbər verir ki, fransız mütəxəssis işinin başında qalacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Messi, Erik Abidalın komandanın keçmiş baş məşqçisi Ernesto Valverdeylə bağlı verdiyi açıqlamanı tənqid etmişdi. Bundan sonra klubun prezidenti Xosep Maria Bartomeu dünən axşam Messi və Abidalla görüş keçirib. Görüşdə Abidalın fikirləri ilə razılaşan Bartomeu, fransızı vəzifəsində saxlayıb.

İspaniya mətbuatı Abidalın idman direktoru vəzifəsindən qovula biləcəyini iddia edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button