“Barselona”da “Lion” matçından əvvəl ciddi itki

“Barselona” ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Osman Dembele zədələnib. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Dembele “Barselona”nın La Liqanın 27-ci turu çərçivəsində “Rayo Valyekano”nu 3:1 hesabıyla məğlub etdiyi oyunda zədələnib. Fransız hücumçusunun sağlıq vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək.

Dembele, zədə səbəbindən Çempionlar Liqasında 1/8 finalın cavab oyunu çərçivəsində keçiriləcək “Barselona” – “Lion” matçını buraxa bilər.

“Barselona” – “Lion” matçı martın 13-də, saat 00:00-da start götürəcək. Komandalar arasında Fransada keçirilən görüşdə qolsuz bərabərlik qeydə alınıb – 0:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button