“Barselona”da itki – “Real”la oyunu buraxacaq
“Barselona”nın cinah oyunçusu Rafinya bud nahiyəsindən zədə alıb və İspaniya superkubokunun “Real”la oyununu buraxacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Rafinya 2022-ci ilin yayında 58 milyon avroya “Lids”dən “Barselona”ya keçib. Braziliyalı futbolçu bu mövsüm “Barsa”da bütün yarışlarda 18 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.
İspaniya superkubokunun həlledici matçında “Real” və “Barselona” üz-üzə gələcək. Oyun yanvarın 14-də “Əl Avval Park” stadionunda (Səudiyyə Ərəbistanı) keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin