
“Barselona”da itki
“Barselona”nın müdafiəçisi Joao Kanselo zədələnib.
Komanda.az xəbər verir ki, o, La Liqanın 19-cu turunun “Las Palmas”la oyununda (2:1) sıradan çıxıb.
Dizindən zədə alan 29 yaşlı futbolçunun təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.
Kanselo 2023-cü ilin sentyabrından “Barselona”da oynayır. Bu mövsüm 22 matç keçirib, 3 qol vurub və 2 qolun ötürməsini verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin