Xavi – “Barselona”nın ikinci ən uğursuz baş məşqçisi

“Barselona”nın baş məşqçisi Xavi son qələbə faizinə görə klubun son 15 ildəki ikinci ən uğursuz məşqçisidir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin qələbə faizi 62,16-dır. Hətta klubun keçmiş baş məşqçisi Kike Setyen də Xavini qabaqlayıb. O, keçirilən matçların 64 faizində qalib gəlib.

Bu göstəriciyə görə Xavi yalnız niderlandlı mütəxəssis Ronald Kumandan (58,2%) geri qalır.

İspaniya La Liqasında keçirilən 16 turdan sonra “Barselona” 34 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Kataloniya təmsilçisi lider “Jirona”dan 7 xal geri qalır.

Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir. 2022/2023 mövsümündə komanda 43 yaşlı mütəxəssisin rəhbərliyi altında İspaniya çempionu olmaqla yanaşı, ölkə superkubokunu da qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button