De Yonqun “8-10 il”i
Niderlandlı yarımmüdafiəçi Frenki de Yonq “Barselona”dakı vəziyyəti barədə danışıb.
Komanda.az “De Telegraaf”-a istinadən xəbər verir ki, de Yonq Kataloniya təmsilçisində özünü xoşbəxt hiss etdiyini deyib:
“Barselona”da çox xoşbəxtəm. Bura yaşamaq üçün mükəmməl yerdir. Mən özümü uzun müddət “Barselona”nın oyunçusu kimi görürəm. Ümid edirəm ki, klubda daha 8-10 il oynayacam”.
De Yonq bu mövsüm “Barselona”nın heyətində 17 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin