“Barselona”da ciddi itki
“Barselona”nın və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan zədələnib.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Almaniya millisinin Fransa ilə yoldaşlıq görüşündə sıradan çıxıb.
Almaniyalı futbolçu ilk hissənin ortalarında əvəzlənmək məcburiyyətində qalıb.
Gündoğanın məşqlərə nə vaxt qayıdacağı bu gün tibbi müayinədən sonra məlum olacaq.
Almaniya yoldaşlıq matçında Fransa millisini 2:1 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin