
“Barselona”da ciddi itki – 6 həftəlik sıradan çıxdı
AÇ-2020-nin seçmə mərhələsi zamanı Fransa millisinin düşərgəsində zədələnən “Barselona”nın futbolçusu Samuel Umtitinin vəziyyətinə aydınlıq gəlib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, sağ ayağından zədələnın futbolçunun 5-6 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Fransalı müdafiəçi cari mövsümdə La Liqanın heç bir oyununda iştirak etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin