
“Barselona”da ciddi itki
“Barselona”nın heyətində ciddi itki baş verib.
Komanda.az xəbər verir ki, kataloniyalıların müdafiəçisi Alexandro Balde sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı futbolçu komandanın bu gün baş tutan məşqində ayaq əzələsindən zədə alıb. Onun meydanlara qayıdış tarixi müalicə prosesindən asılı olacaq.
21 yaşlı futbolçu “Barselona”nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində 3 rəsmi matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



