Levandovski 3 oyunu buraxacaq

“Barselona”nın hücumçusu Robert Levandovski ayağından aldığı zədə səbəbindən təxminən üç həftə yaşıl meydanlardan kənar qalacaq.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bu səbəbdən, polşalı forvard La Liqanın yeni mövsümündə komandasına ilk üç oyunda kömək edə bilməyəcək.

36 yaşlı futbolçu 2024/25 mövsümündə La Liqada 34 oyuna çıxaraq, 27 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button