
“Barselona”da ciddi itki
“Barselona”nın hücumçusu Robert Levandovski zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb.
Komanda.az xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.
36 yaşlı polşalı futbolçunun sol budunda əzələ ağrıları yaranıb. Bu səbəbdən o, bazar günü “Komo” (İtaliya) ilə keçiriləcək “Juan Gamper” kubokunun (“Barselona” tərəfindən hər il təşkil olunan yoldaşlıq turniri) final oyununu buraxacaq.
“Barselona” La Liqada yeni mövsümün ilk oyununda “Malyorka” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin