
“Barselona”nın futbolçusu iki vacib oyunda olmayacaq
“Barselona”nın müdafiəçisi Jül Kunde UEFA Çempionlar Liqasının “İnter”ə qarşı keçirilən yarımfinal oyununda (3:3) zədələnib.
42-ci dəqiqədə oyunu tərk edən fransalı futbolçunun əzələ zədəsi aldığı bildirilib və ilkin proqnozlara görə, o, təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
Komanda.az xəbər verir ki, Kunde zədəsi ilə bağlı sosial şəbəkədə paylaşım edərək bunları deyib:
“Mövsümün belə önəmli bir vaxtında zədələnmək çox ağır hissdir. Amma bəzən insan hər şeyə nəzarət edə bilmir. Komandama inanıram və kim meydana çıxsa da, işin öhdəsindən gələcəklər. Hər kəsə dəstəyinə görə təşəkkür edirəm.”
Bu səbəbdən, Kunde 6 may tarixində cavab oyununda “İnter”ə, 11 mayda isə La Liqada “Real”a qarşı keçiriləcək “el-klasiko”da iştirak edə bilməyəcək. Mövsümün ən həlledici mərhələsində yaşanan bu itki “Barselona” üçün böyük problem sayılır.
“Barselona” növbəti oyununu sabah La Liqa çərçivəsində “Valyadolid”ə qarşı keçirəcək.
Bizi Facebook-da izləyin


