“Barselona”da ciddi itki

“Barselona” daha bir ulduzunu uzun müddətə itirib.

Komanda.az xəbər verir ki, zədə səbəbindən bir ay oynamayacaq Pedri ilə müqayisədə, Kataloniya klubunun müdafiəçisi Markos Alonsonun durumu daha ciddidir.

AS nəşrinin yaydığı məlumata görə, 33 yaşlı futbolçunun zədəsini sağaltması üçün ən azı iki ay vaxt lazım olacaq. Alonsonun belində problem var. Onun əməliyyat olunacağı gözlənilir.

İspaniya çempionatının bu mövsümündə Markos cəmi 4 oyun keçirib. Müdafiəçinin müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Alonsonun transfer qiyməti 3 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button