Messi La Liqanın ilk turunu buraxa bilər

“Barselona”da bir müddət əvvəl zədələnən Lionel Messi La Liqanın ilk turunun “Atletik”lə matçını buraxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Ernesto Valverde İspaniya mətbuatına açıqlamasında deyib. O, Messinin hələ bərpa prosesində olduğunu və La Liqanın ilk turuna hazır olub-olmayacağını bilmədiyini bildirib.

Messi, zədə səbəbindən “Barselona”nın ABŞ-dakı hazırlıq toplanışına aparılmamışdı.

“Atletik” – “Barselona” matçı avqustun 16-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button