“Barselona”da Ansu Fati şoku
“Barselona” İspaniya La Liqasının 9-cu turu çərçivəsində doğma meydanda “Betis”ə 5:2 hesabı ilə qalib gəldiyi oyunda ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin gənc futbolçusu Ansu Fati bu görüşdə ağır zədə alıb.
Qarşılaşmaya start heyətdə başlayan Ansu Fati, ikinci hissədə dizindən zədələnib və yerini Lionel Messiyə verib. Matçdan sonra açıqlama yayan “Barselona” futbolçunun sol dizində menisk yırtığı aşkarlandığını bildirib. Böyük ehtimalla Fati tezliklə əməliyyat olunacaq və ən azı 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq.
Bu mövsüm “Barselona”da 10 oyuna çıxan Ansu, 10 qola, 5 məhsuldar ötürməyə imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin