1 ildən sonra meydana çıxan Fatidən açıqlama
“Barselona”da bir illik fasilədən sonra yenidən yaşıl meydanlara qayıdan Ansu Fati açıqlama verib.
Komanda.az xəbər verir ki, 2020-ci ilin noyabrından zədəli olan və o vaxtdan sonra ilk dəfə dünən “Levante” ilə oyunda şans qazanan Fati, 10 nömrəli formanın ona verilməsiylə bağlı bunları deyib:
“Biz “Barselona”yıq və hər şey titulları qazanmaq üçündür. 10 nömrəli formanı geyinmək təzyiqi artırmaz, qürur verər”.
“Barselona” “Levante”ni 3:0 hesabıyla məğlub edib. Oyunda 81-ci dəqiqədə meydana daxil olan Fati, 90+1-də komandasının sonuncu qolunu vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin