
Tətilini vaxtından əvvəl bitirdi – “Barselona”da əsas heyətə düşmək üçün
“Barselona”nın müdafiəçisi Andreas Kristensen yay tətilini vaxtından əvvəl başa vuraraq məşqlərə başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı futbolçu dünən ilk fərdi məşqini keçib. Onun məqsədi iyulun 13-də başlayacaq mövsümöncəsi hazırlığa qədər optimal fiziki formaya düşmək və ağır keçən mövsümdən sonra əsas heyətdə yer uğrunda mübarizə aparmaqdır.
29 yaşlı müdafiəçi son mövsümdə 6 oyunda iştirak edə bilib. Daimi zədələr səbəbilə onun çıxışı məhdudlaşıb.
Kristensenin “Barselona” ilə müqaviləsinin müddəti gələn il başa çatacaq. Mətbuatda yayılan məlumatlara görə, onun klubdan ayrılması ehtimalı yüksəkdir. Onun adını “Yuventus” və Səudiyyə Ərəbistanı liqasının bəzi klubları ilə əlaqələndirirlər.
Bizi Facebook-da izləyin



