“Barselona” “Yuventus”la razılaşdı

“Barselona”nın müdafiəçisi Nelson Semedo “Yuventus”a keçməyə yaxındı.

Komanda.az “Sport.es”ə istinadən xəbər verir ki, Turin klubu bunun qarşılığında Kataloniya təmsilçisinə yarımmüdafiəçi Miralem Pyaniç, müdafiəçi Mattia De Şilyonu və 25 milyon avro verəcək. Klubların bu barədə razılığa gəldiyi qeyd olunub.

“Yuventus”un yaxın saatlarda Semedo ilə ortaq məxrəcə gəlməli olduğu, Pyaniç və De Şilyonun isə artıq “Barselona” ilə müqavilənin şərtlərində razılaşdıqları qeyd olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button