
“Barselona”, “Yuventus” və “Arsenal”ın “radar”ındakı futbolçu
“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendini transfer etmək istəyənlərin sayı çoxalır.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, üç top-klub futbolçu ilə müqavilə bağlamaqda maraqlıdır. Subimendi uğrunda “Barselona”, “Yuventus” və “Arsenal” yarışacaq.
Martinin “Real Sosyedad”la 2027-ci ilə qədər nəzərdə tutulan müqaviləsi var. Onun transfer qiyməti 60 milyon avro qiymətləndirilir.
25 yaşlı futbolçu bu mövsüm 31 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin