“Barselona” yetirməsini satdı

Fransanın “Sent-Etyen” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Barselona”dan Serxi Palensiyanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə müddəti 2023-cü ilə qədər olan müqavilə imzalanıb.

“Sent-Etyen” Palensiya üçün “Barselona”ya 2 milyon və 1 milyon avro da bonus ödəyəcək. “Barselona”nın yetirməsi olan Palensiya son mövsümü icarə əsasında Fransanın “Bordo” klubunda keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button