“Barselona”dan yeni təşəbbüs

Bu gün kluba həsr olunmuş üçdən çox müxtəlif döymələrdən ibarət kolleksiyanı “Barselona”nın onlayn mağazalarında əldə etmək mümkün olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət müxtəlif illərə aid emblemlərdən, eləcə də, “Kamp Nou” stadionunun stilizə edilmiş döyməsi – “Barsa” azarkeşləri üçün əsl “məbəd”dən gedir.

Yeni təşəbbüs tanınmış onlayn döymə salonu olan “Oşun” ilə əməkdaşlıq nəticəsində yaranıb. Bu, Kataloniya klubunun 125 illik yubileyi ilə bağlı təşəbbüslərdən biridir.

“Barselona” hazırda İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button