“Barselona” yeni futbolçusunu təlim-məşq toplanışına aparacaq

“Barselona”nın yeni transferi olan cinah yarımmüdafiəçisi Runi Bardqi komanda ilə mövsümöncəsi təlim-məşq toplanışına qoşulacaq.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, isveçli futbolçu təlim-məşq toplanışında özünü göstərsə, yeni mövsümdə İspaniya klubunun əsas heyətinə daxil ola bilər.

Daha əvvəl “Barselona” Bardqinin “Kopenhagen”dən transferini rəsmən açıqlayıb. Yarımmüdafiəçinin alınmasının kataloniyalılara iki milyon avroya başa gəldiyi bildirilib.

“Barselona” avqustun 16-da, İspaniya çempionatının yeni mövsümünün ilk turunda “Malyorka” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button