“Barselona” yeni transferinə 1 milyard avro qiymət qoydu

“Barselona” rəsmi saytında “Sevilya”nın müdafiəçisi Jül Kunde ilə müqavilə imzaladığını açıqlayıb.

Komanda.az xəbər verir ki, 23 yaşlı futbolçu Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb. Onun təzminat məbləği 1 milyard avro olacaq.

Futbolçunun rəsmi təqdimat mərasimi avqustun 1-də baş tutacaq.

İyulun 28-də “Barselona” “Sevilya” ilə Kundenin transferi ilə bağlı prinsipial razılığa gəldiyini açıqlayıb.

Kunde ötən mövsüm “Sevilya”nın heyətində 44 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button