
“Barselona” müdafiəni gücləndirmək üçün axtarışlara başlayıb
“Barselona” heyətini sağ cinah müdafiəçisi ilə gücləndirmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu artıq potensial namizədlərlə ilkin danışıqlara başlayıb.
“Barselona” komandanın müdafiəçisi Jül Kundenin üzərindəki təzyiqi bir qədər azaltmaq üçün bu mövqeyi gücləndirmək istəyir.
Kunde İspaniya çempionatının cari mövsümündə 26 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun kataloniyalılarla müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin