Qarsiyanın agentləri bu gün “Barselona” rəsmiləri ilə görüşəcək

“Espanyol”un qapıçısı Xuan Qarsiyanın “Barselona”ya transferinə bir addım qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun Kataloniya klubuna transferini sürətləndirmək üçün qolkiperin agentləri bu gün Barselonaya gələcək.

“Barselona” davranışlarından narazı olduğuna görə satmaq istədiyi Mark-Andre ter Ştegenin yerinə Qarsiyanı “bir nömrəli” oyunçu kimi götürmək niyyətindədir və onun üçün 25 milyon avro ödəməlidir. Qolkiperin özü də “Barselona”ya keçməyə açıqdır və klubların son detallar üzərində razılaşacağı anı gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button