“Barselona” Fransa klubunun qapıçısını istəyir

“Lill”in qapıçısı Lukas Şevalyer karyerasını “Barselona”da davam etdirə bilər.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu Şevalyeri gələn yay üçün potensial gücləndirici hesab edir.

22 yaşlı futbolçunun Fransa klubu ilə 2027-ci ilin ortalarına qədər olan müqaviləsi var. O, Fransa çempionatının bu mövsümündə 10 oyunda çıxış edib və 9 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button