
“Barselona” rumuniyalı müdafiəçi transfer edə bilər
“Rayo Valyekano”nun cinah müdafiəçisi Andrey Ratiu İspaniyanın başqa klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” rumıniyalı futbolçunun xidmətində maraqlıdır.
Ratiunun “Rayo Valyekano” ilə müqaviləsi 2028-ci ilin iyunun sonunda başa çatacaq. O, bu mövsüm İspaniya çempionatında 24 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin