
Flikin “Barselona”da görmək istədiyi futbolçu
“Atalanta”nın hücumçusu Ademola Lukman “Barselona”ya keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik nigeriyalı futbolçu ilə şəxsən maraqlanır. Forvardın qiymətinin 60 milyon avro civarında ola biləcəyi iddia edilsə də, bəzi mənbələr onun yarı qiymətə satıla biləcəyini bildirib.
Lukman son mövsümdə bütün turnirlər nəzərə alınmaqla 40 matçda meydana çıxıb, 20 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun “Atalanta” ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



