“Barselona”nın hücumçu mövqeyinə 2 namizədi var

“Barselona” hücum xəttini gücləndirəcək futbolçular axtarır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyinin maraq dairəsində iki hücumçu var. Söhbət “Lill”in oyunçusu Conatan David və “Sportinq”də (Lissabon) çıxış edən isveçli futbolçu Viktor Qyokereşdən gedir.

“Barselona”nın bu mövsüm əsas zərbə qüvvəsi polşalı mərkəz hücumçusu Robert Levandovskidir. 36 yaşlı futbolçu cari İspaniya çempionatında 9 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button