“Barselona” bu 3 müdafiəçidən birini transfer edə bilər

“Barselona” danimarkalı müdafiəçi Andreas Kristensenin zədəsindən sonra müdafiə xəttini gücləndirəcək futbolçu axtarır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu azad agentlərdən birini nəzərdən keçirməyə hazırdır. Klub üçün mümkün variantlar arasında üç müdafiəçinin adı var: Mats Hummels, Mario Hermoso və Joel Matip. Bu üçlükdən birinin heyətə qoşulması mümkündür.

“Barselona” İspaniya çempionatının yeni mövsümünə uğurlu start verib. Kataloniyalıların 12 xalı var və turnir cədvəlində birinci yerdədir. Son matçda komanda “Valyadolid”i 7:0 hesabı ilə darmadağın edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button