“Barselona”nın yeni ev forması – FOTO

“Barselona” rəsmi saytında 2024/2025 mövsümündə geyiniləcək yeni formanı təqdim edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun bununla bağlı paylaşımında yeni formanın hazırlanmasında komandanın tarixindən ilham alındığı bildirilib:

“Klubun 125 illik tarixini qeyd etmək üçün “Barselona” 2024/2025 formasının dizaynında klubun irsindən, tarixindən və başlanğıclarından ilhamlanıb. Loqonun əsas elementləri kimi mavi və tünd qırmızı rənglərdən istifadə edilərək, komandanın bütün tarixi boyu şəxsiyyətini əks etdirən xüsusi, unikal və simvolik dizayn yaradılıb. Klubun köklərinə ehtiram göstərmək üçün versiyada 1899-cu ilin ilk komanda forması, məkana zərif və klassik kontrast gətirən dizayna malik iki rəngli forma təqdim olunub”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button