
“Barselona”nın Xavini əvəz etmək üçün 2 namizədi var
“Barselona” mövsümün sonunda Xavi Hernandesi əvəz edə biləcək yeni baş məşqçi axtarışındadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu üçün prioritet namizəd komandanın keçmiş futbolçusu Rafael Markesdir. Lakin “Barselona” “Bayern”in keçmiş baş məşqçisi Hans-Diter Fliki də dəvət etmək variantını istisna etmir.
Bu yaxınlarda “Barselona”nın mövsümün sonunda Xavini qovmaq istəyi ilə bağlı söz-söhbətlər yayılıb. İspaniyalı məşqçinin “Almeriya” ilə oyundan öncə mətbuat konfransında dediyi bədbin sözlər klub prezidenti Xuan Laportanın xoşuna gəlməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin