Yamal yeni müqavilə imzalamağa hazırlaşır

“Barselona” hücumçusu Lamin Yamalla yeni müqavilə imzalamağa yaxındır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, tərəflər əməkdaşlığı 2030-cu ilə qədər uzadacaqlar. Anlaşma gələn ay rəsmən elan edilə bilər.

17 yaşlı oyunçunun agenti Jorje Mendeş martın əvvəlində “Barsa” rəhbərliyi ilə görüşərək müqavilənin yekun detallarını razılaşdıracaq. Onun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Yamal bu mövsüm 33 oyun keçirib, 11 qol vurub və 16 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button