“Barselona” Yamalla şifahi razılığa gəlib
Lamin Yamalın “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, sözləşmənin bitməsinə iki ildən az vaxt qalmasına baxmayaraq, Kataloniya klubu tam sakitdir. Fakt budur ki, “Barsa” artıq Yamalla şifahi razılığa gəlib.
Gələn yay, ispaniyalı futbolçu yetkin olanda onun müqaviləsi 2029/2030 mövsümünün sonuna qədər uzadılacaq. Yamalla yeni müqavilə imzalandıqdan sonra maaşında ciddi artım olacaq.
17 yaşlı vinger “Barselona”nın əsas komandasında 62 oyun keçirib, 12 qol vurub və 14 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin