
“Barselona” Yamal üçün 400 milyon avroluq təklif alması xəbərini təkzib edib
“Barselona”nın Lamin Yamala görə heç bir təklifi yoxdur.
Daha əvvəl İspaniya mətbuatı “Əl-Hilal”ın 18 yaşlı vinger üçün 400 milyon avro və 7 illik müqavilə təklif etdiyini yazmışdı.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya klubu Yamalın satılmadığını bildirərək, belə bir təklif aldığını rədd edib.
Üstəlik, bu yay Yamal “Barselona” ilə müqaviləsinin müddətini 2031-ci ilə qədər uzadıb.
İspaniyalı futbolçu bu mövsüm La Liqada 4 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



