“Barselona” 35 yaşlı futbolçuya müqavilə təklif edib
“Barselona” xorvatiyalı yarımmüdafiəçi İvan Perişiçlə müqavilə imzalayacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Perişiç “Hayduk”la müqaviləsini pozduqdan sonra azad agent statusundadır. Almaniyalı çalışdırıcı Hans-Diter Flik 35 yaşlı cinah oyunçusu ilə şəxsən əlaqə saxlayıb və karyerasını “Barselona”da davam etdirməyi təklif edib. Xorvatiyalı futbolçu tərəddüd etmədən razılaşıb.
Perişiç Avropada “İnter”, “Bayern”, “Tottenhem” və digər klublardakı çıxışları ilə tanınır. O, Xorvatiya millisinin heyətində 134 oyun keçirib və 33 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin