“Barselona” Xaviyə əvəzləyici axtarır

“Barselona” klubu Xavi istefaya göndəriləcəyi təqdirdə, yeni baş məşqçi axtarır. 

Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, hazırda “Bayern”in çalışdırıcısı Tomas Tuxel kataloniyalıların maraq dairəsindədir.

“Barselona”nın idman direktoru Deku alman mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayır. Tuxel hazırda ən yaxşı variantlardan biri hesab olunur. 

50 yaşlı mütəxəssis 2023-cü ilin martından Münhen komandasına rəhbərlik edir. O, mövsümün sonunda “Bayern”dən ayrılacağını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button