“Barselona” və “Roma” onu istəyir – Prezident açıqladı
Fransanın “Lion” klubunun hücumçusu Memfis Depayı transfer etmək istəyən klublar məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə klubun prezidenti Jan-Mişel Olas Fransa mətbuatına açıqlamasında bildirib:
“Memfisin müqaviləsi sona çatır. Ronald Kuman onu “Barselona”da görmək istəyir. Onunla maraqlananlar arasında “Roma” da var”.
2017-ci ildən “Lion”un şərəfini qoruyan 26 yaşlı niderlandı futbolçunun müqaviləsi növbəti mövsümün sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin