La Liqa nəhəngləri “Bayern”in futbolçusunu “qaralayıb”
“Bayern”in yarımmüdafiəçisi Leroy Sane karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, almaniyalı futbolçunun xidmətində “Barselona” və “Real” maraqlıdır.
27 yaşlı yarımmüdafiəçi 2020-ci ilin iyulunda “Mançester Siti”dən “Bayern”ə keçib. Onun transfer məbləği 49 milyon avro olub. Sanenin Münhen klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
“Bayern” bu mövsüm Almaniya çempionatında 6 turdan sonra 14 xalla üçüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin