“Barselona” və “Liverpul”un Reşford həmləsi

“Barselona” və “Liverpul” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordla maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “Manchester Evening News” məlumat yayıb. Məlumata görə, “Barselona” ingilis futbolçunun “Mançester Yunayted”dəki qeyri-müəyyən durumunu nəzərə alaraq, onunla maraqlanıb. Hətta Kataloniya klubundan Reşfordun yaxın ətrafı ilə əlaqə də saxlanlıb.

Reşford özü isə “Mançester Yunayted”dən ayrılmaq istəmir. “Barselona”nın futbolçuya olan marağı “Mançester Yunayted”i Reşfordla yeni, uzunmüddətli müqavilə ilə bağlı danışıqlara başlamağa sövq edə bilər.

“Liverpul”un da futbolçunun yaxın ətrafı ilə əlaqə saxladığı bildirilir.

Reşfordun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır. Müqavilədə əməkdaşlığın daha bir il uzadılması maddəsi var.

24 yaşlı futbolçu bu mövsüm MY-nin heyətində bütün turnirlərdə 26 oyuna çıxıb və 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button