
“Real” kubok matçında qələbə qazandı
İspaniya kubokunun yarımfinal mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
“Barselona” evdə “Atletiko” ilə qarşılaşıb. 8 qolluq matçda qalib müəyyənləşməyib.
Bu gün yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində daha bir matç keçirilib.
“Real Sosyedad”ın qonağı olan “Real” minimal hesablı qələbəyə sevinib. Matçda yeganə qolu 19-cu dəqiqədə Endrik vurub.
İspaniya kuboku
Yarımfinalın ilk oyunları
25 fevral
Barselona – Atletiko 4:4
Qollar: Pedri, 19. Kubarsi, 21. İ.Martines, 41. Levandovski, 74 – X.Alvares, 1. Qrizmann, 6. Lyorente, 84. Sörlot, 90+3.
25 fevral
Real Sosyedad – Real 0:1
Qol: Endrik, 19.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin