
“Barselona” UEFA-nın qərarını gözləyir
İspaniya La Liqasının 17-ci turu çərçivəsində “Vilyarreal” və “Barselona” arasında keçiriləcək qarşılaşma Mayami şəhərində təşkil oluna bilər.
Komanda.az xəbər verir ki bu barədə “Marca” qəzeti məlumat yayıb.
Bu məsələ ilə bağlı son qərar UEFA-nın İcraiyyə Komitəsinin 11 sentyabr tarixli iclasında veriləcək. Qarşılaşma ilkin olaraq 21 dekabr 2025-ci il üçün planlaşdırılıb.
“Barselona” hazırda üç turdan sonra 7 xal toplayaraq 4-cü, “Vilyarreal” isə eyni xalla 3-cü pillədə qərarlaşıb.
Bu qərarın reallaşması halında, La Liqanın tarixi matçlarından biri ABŞ-da futbol azarkeşləri ilə görüşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



