
“Barselona”nın hücumçusu Almaniya klubunun hədəfindədir
“Barselona”nın hücumçusu Pau Viktorun karyerasını başqa klubda davam etdirmək variantı var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayer” futbolçu ilə maraqlanır. Viktorun İspaniya çempionatında da bir neçə variantı var: “Sevilya”, “Betis”, “Malyorka” və “Selta”.
“Barselona” da forvardını icarəyə vermək variantını nəzərdən keçirir. Lakin sərfəli təklif alınarsa, kataloniyalılar tam satışa razı ola bilərlər.
23 yaşlı futbolçu bu mövsüm “Barsa”nın heyətində 27 oyun keçirib və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



