“Barselona” Valverdeylə bağlı qərarını verdi
“Barselona” baş məşqçisi Ernesto Valverdenin müqaviləsinin müddətini uzadacaq.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Valverdeylə 2019/20 mövsümünün sonuna qədər razılıq əldə edildiyi bildirilib. İspan mütəxəssisin sözləşməsində müddətin daha bir il uzadılması barədə maddə olacaq.
Valverde 2017-ci ildən “Barselona”nı çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin