
“Barselona” Valverdeni göndərir, onu gətirir
İspaniyanın “Barselona” klubu istefaya göndəriləcəyi deyilən Ernesto Valverdenin əvəzləyicisini tapıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Valverdenin yerinə hazırda Qətərin “Əl-Sədd” komandasını çalışdıran keçmiş futbolçusu Xavini gətirməyi planlaşdırır. 39 yaşlı mütəxəssislə görüşən katalonlar, ona 2 illik müqavilə təklif ediblər.
Xavi 1998-2015-ci illərdə “Barselona”nın şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin