“Barselona” “Valensiya” ilə oyunu 6 minlik stadionda keçirəcək

“Barselona” La Liqanın növbəti turunda “Valensiya” ilə qarşılaşmanı “Yohan Kroyf” stadionunda keçirəcək.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, bu arena İspaniya çempionatının əsas tələblərinə uyğun gəlməsə də, La Liqa rəhbərliyi yalnız bir oyunun burada keçirilməsinə icazə verib.

Stadionun tutumu cəmi 6 min nəfərdir ki, bu da yüksək liqa üçün minimal normadan xeyli aşağıdır.

Klubun oyunu bu arenada keçirməsi üçün bir neçə texniki detalı həll etməsi lazımdır – məsələn, bütün VAR kameralarının quraşdırılması.

Qarşılaşma 14 sentyabrda keçiriləcək. Hans-Diter Flikin rəhbərlik etdiyi “Barselona” La Liqada üç turdan sonra 7 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button