“Barselona” və azarkeşləri üçün ən vacib şey “Real”dan yüksəkdə olmaqdır”

“Barselona”nın sabiq futbolçusu və keçmiş baş məşqçisi Xavi Hernandes “Real”la rəqabətdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bunu deyib:

“Barselona” və onun azarkeşləri üçün ən vacib şey “Real”dan yüksəkdə olmaqdır”.

Xavi ötən mövsümün sonunda Kataloniya klubunun baş məşqçi postunu tərk edib. Onun yerini almaniyalı mütəxəssis Hans-Diter Flik tutub.

“Barselona” son mövsümdə İspaniya çempionatının turnir cədvəlini ikinci yerdə başa vurub. “Real” isə La Liqanın qalibi və UEFA Çempionlar Liqasının çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button