“Barselona” və “Bayern” oyunçularını dəyişdirə bilər

“Barselona” gələcək transfer pəncərələrini nəzərə alaraq, heyətini gücləndirməyə çalışır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu həm müdafiədə sağda, həm də yarımmüdafiənin mərkəzində oynamağa qadir olan “Bayern”in futbolçusu Coşua Kimmixlə qışda müqavilə bağlaya bilər.

“Barselona” Frenki de Yonqun transferi ilə bağlı tələblərini azaldacağı təqdirdə, Münhen klubu da qış ​​transfer pəncərəsində Kimmix üçün danışıqlara hazır olacaq. De Yonq uzun müddətdir ki, Bundesliqa klubunun maraq dairəsindədir və katalonlar vəziyyətdən yararlanmaq istəyir.

Kimmixin klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına, Frenki de Yonqun müqaviləsi isə 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button