
“Barselona” və “Liverpul” 18 yaşlı müdafiəçi ilə maraqlanır
“Feyenoord”un müdafiəçisi Djivayro Ridə transfer bazarında tələbat var.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə Avropanın iki top-klubu maraqlanır. Söhbət “Barselona” və “Liverpul”dan gedir.
Rid Mersisayd komandasında uzun müddətdir adı “Real”la yanaşı hallanan Trent Aleksander-Arnoldu əvəz edə bilər.
O, bu mövsüm 27 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin