
“Barselona” və “Bayern” onun uğrunda yarışacaq
“Barselona” və “Bayern” “Yuventus”un hücumçusu Duşan Vlahoviçin transferi uğrunda yarışa girə bilər.
Belə görünür ki, 25 yaşlı forvard Turin klubu ilə gələn il başa çatacaq müqaviləsini yeniləməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, həm Kataloniya, həm də Münhen təmsilçiləri artıq Vlahoviçlə əməkdaşlıq şərtləri barədə məlumat toplayıblar. Hər iki klub onu azad agent kimi heyətinə qatmaqda maraqlıdır.
Serb futbolçu cari mövsümdə “Yuventus”un heyətində 8 oyunda meydana çıxaraq, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



